Türk musiqisinin "İmparator" ləqəbli sənətçisi İbrahim Tatlısəsin sağlamlığına qovuşub.
Milli.Az lent.az-a istinadən bildirir ki, məşhur sənətçi bu yaxınlarda əməliyyat olundu.
Tatlısəsin əməliyyat zamanı ürəyinin qapağı da dəyişdirilib. 2,5 saat davam edən uğurlu əməliyyatdan sonra müalicəsi xəstəxanada davam edən İbrahim Tatlısəs dünən evə buraxıldı. Səhhətinə qovuşan məşhur sənətçi "Həyatımı əvvəl Allaha, sonra həkimimə borcluyam. "Mən əlayam" deyib.
Bu əməliyyatdan sonra uzun müddətdir küsülü qaldıqları və məhkəməlik olduğu böyük oğlu Ahmet Tatlısəslə də müğənninin arasındakı buzlar əriyib. Oğlu onunla fotosunu paylaşıb:
"Atamız çox yaxşıdır. Həkimimiz və xəstəxana komandası çox yaxşı qayğı göstərdilər. Biz onu ailə olaraq tək qoymamışıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun