Müğənni Pərvin Lətifov Elm və Təhsil Nazirliyindən şikayətlənib.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial media hesablarında paylaşım edib.
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, sisteminiz çöküb, uşaqlarımızı qeydiyyatdan keçirə bilmirik. Nə edək? Sonra da yer olmayacaq? Və heç bir telefonunuz da cavab vermir”, - deyə, P. Lətifov bildirib.