Deleqasiyamızın musiqi prodüseri Eldar Qasımov ilk dəfə ünvanına yazılan tənqidlərdən danışıb.
OLAY yazır ki, Eldar bu barədə “Özəl” verilişində danışıb.
“Bu bir müsabiqədir. Orada ya udursan, ya da uduzursan. Buna təbii, sağlam yanaşmalısan. Nə qədər uğur qazansan, hər kəs öz payını götürəcək. Uğursuzluq əldə edəndə hər kəs daşlayırlar. Bunlara fikir vermək lazım deyil. Nigardan soruşanda cavab verirdi ki, Eldarın heç dünya aləm vecinə deyil. Belədir. Azərbacan öz çərçivəsində “Avroviziya”nı başqa yaşamağa başlayıb. İki ildir öz söz yazarı və bəstəkarlara müraciət edirik. 10 ildir xaricidən nəsə alırıq, hər şey göstərdik. Həm qərbi, həm şərqi, musiqiyə necə bələd olmağımızı... İlk beş yeri də tutduq”.
Qeyd edək ki, Azərbaycan sözügedən müsabiqədə iki ildir finala keçid edə bilmir. Builki təmsilçilərimiz Faxree (Fəxri İsmayılov) və İlkin Dövlətovun yarımfinaldan finala keçə bilməməsindən sonra Eldar tənqid olunub, hətta onun istefası üçün kampaniya başladılıb.