61 yaşlı Hollivud ulduzu Conni Depp 28 yaşlı rusiyalı model və kosmetoloq Yuliya Vlasova ilə münasibətə başlayıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, onların tanışlığı 2021-ci ildə Praqada keçirilən 55-ci Karlovı Varı Beynəlxalq Film Festivalında ilk dəfə görüşdükdən sonra başlayıb.
Məlumata görə, Vlasova Praqada yaşayır və gözəllik salonu var.
Deppə yaxın bir mənbə onların münasibətlərini təsdiqləyib. Nəşr cütlüyün Londonda heliportda çəkilmiş son fotolarını dərc edib.
Xatırladaq ki, Conni həmkarı Ember Hörd ilə 2015-ci ildə evlənib və cütlük 2 ildən sonra boşanıb. Qadın onu məişət zorakılığında ittiham edirdi. Məhkəmə Hördün Conni Deppə qarşı pis niyyətlə hərəkət edərək keçmiş həyat yoldaşını ləkələdiyinə qərar verib. 2022-ci ildə Hollivud ulduzları arasındakı qalmaqallı məhkəmə prosesində yekun qərar açıqlanıb. Məhkəmə Deppə böhtan atdığına görə Hördün təzminat ödəməsinə dair qərar qəbul edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun