Dünyaca məşhur aktrisa Keyt Bekinsel ani arıqlama səbəbilə xəstəxanalıq olub.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa öz bloqunda məlumat verib.
Son vaxtlar Keyt Bekinselin pərəstişkarları onun nəzərəçarpacaq dərəcədə arıqladığını müşahidə edirdilər. Ulduz incəliyinin ciddi sağlamlıq problemlərilə əlaqəli olduğunu etiraf edib.
50 yaşlı sənətçi arıq olmağın ona çox baha başa gəldiyini bildirib.
Keytin dediyinə görə, o, mədəsində şiddətli ağrılar və digər xoşagəlməz simptomlar səbəbindən altı həftə xəstəxanada qalıb.
Aktrisa daimi stress və narahatlığın onu taqətdən saldığını, təkbaşına bu vəziyyətin öhdəsindən gələ bilmədiyini deyib.
"Stres və kədərdən çox tez arıqlayırdım" deyən aktrisa bunun bədənində ciddi pozulmalara səbəb olduğunu qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun