Acunun keçmiş arvadı bu futbolçu ilə eşq yaşayır - FOTO

Acunun keçmiş arvadı bu futbolçu ilə eşq yaşayır - FOTO

Sosial şəbəkə fenomeni Şeyma Subaşının adı bu dəfə "Avro 2024"dəki çıxışı ilə hər kəsi heyran edən futbolçu Barış Alper Yılmazla hallanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bodruma tətilə gedən Barış Alper Yılmaz və Şeyma Subaşı yaxın dostları ilə orada lüks oteldə qalır. Onlar arasında sürpriz yaxınlaşma baş verib.

Şeyma və 24 yaşlı ulduz futbolçu məkanların birində səhərə kimi əylənib. Məkanlardan birində qarşılaşan ikili gecənin sonunda bir məkana gedərək səhəri orada açıblar. Bu isə 34 yaşlı Şeymanın özündən 10 yaş kiçik olan futbolçu ilə sevgili olduğu dedi-qodularını yayıb.

Qeyd edək ki, Barışın adı daha əvvəl aktrisa Melisa Döngellə birlikdə hallanıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun