Atasının fotosunu paylaşıb bunları yazdı

Atasının fotosunu paylaşıb bunları yazdı
Atasının fotosunu paylaşıb bunları yazdı

Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi atasının arxiv fotosunu paylaşaraq Televiziya və Radio günü ilə bağlı təbrik yazıb:

“Əziz radio və televiziya işçiləri, hamınızın peşə bayramını təbrik edirəm! Fərqi yoxdur, texniki işçilər, yaxud yaradıcı heyət, bu bayram hamınızın bayramıdır. Radio və televiziya aparıcıları, müxbirləri, rejissorları, musiqi tərtibatçıları, səs operatorları, səs rejissorları, montajçılar, təbrikim hamıyadır.

Dostlar, atam Çingiz Ələkbərzadə də bir müddət Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində xüsusi müxbir vəzifəsində çalışıb”.

Atasının fotosunu paylaşıb bunları yazdı
Mənbə: olay.az