Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir

Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir

SSSR Xalq artisti Sofiya Rotaru son vaxtlar İtaliyada məskunlaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat başladıqdan sonra 76 yaşlı müğənni Konça-Zaspanın elit Kiyev rayonundakı malikanəsində sığınaraq qastrol səfərlərini və korporativ fəaliyyətlərini dayandırıb. Lakin "Komsomolskaya Pravda" nəşri Sofiyanın İtaliyaya köçməsi haqda məlumat əldə edib. 

"Rotaru uzun illər ard-arda İtaliyanın Sardiniya adasında tətildə olub. Kiyevdən ora gedib. Sardiniya adasında Sofiya Mixaylovna 4 milyon avroya dəniz sahilində villa, 1 milyon avroya isə bir yaxta alıb" deyə, məqalədə yazılıb. 

Müğənniyə yaxın mənbə qeyd edib ki, Rotaru villa ilə yaxtanı oğlu Ruslanın adına rəsmiləşdirib. İndi Rotaru oğlu və həyat yoldaşı ilə Sardiniyada yaşayır. Nəvələri Anatoli və Sonya ABŞ-da məskunlaşıb. Onlar tez-tez nənələrini və valideynlərini ziyarət etmək üçün Sardiniyaya uçurlar.

Məlumatda həmçinin vurğulanıb ki, sənətçiyə Dubaydakı çıxışları üçün 100-150 min avro təklif olunur. Lakin Rotaru bundan imtina edir. Onun demək olar ki, bütün musiqiçi qrupu Kiyevdə qalıb. Sənətçi indi pul dalınca qaçmır. Çünki o, Rusiyadakı karyerası ərzində yaxşı pul qazanıb.

Sofiya Rusiyaya geri qayıtmağı planlaşdırmır. Onun Rusiya ərazisində çox sayda daşınmaz əmlakı var. Bir il əvvəl sənətçi Yaltadakı Qoqol küçəsindəki mənzilini satıb. Ulduz Yaltada başqa bir mənzilini də satıb. O, Rusiyada sahibi olduğu hər şeyi satışa çıxarıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun