Aktrisa Ülviyyə Xəlilbəyova ilk dəfə Murad İsmayılla boşanmasından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Suallar cavablar” verilişində açıqlama verib.
“Muradla münasibətim var, uşaqlarımın atasıdır. Biz dostuq. Uşaqlar mənimlə qalır. Ataları ilə görüşürlər. Barışmaq haqda düşünmürəm. Biz onsuz küsülü deyilik, dostluğumuz davam edir. Düşmən deyilik. Uşaqlarımız var. Yenidən bir araya gəlmək fikrim yoxdur”, - deyə, Ülviyyə bildirib.