Müğənni Bülənt Ərsoy "Dünya gözəllərim tətildə" proqramından ayrılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, çəkiliş meydançasında baş verən qeyri-etik hadisələr səbəbindən öz istəyi ilə 11-ci bölümdə izləyiciləri ilə vidalaşıb.
Sənətçi makiyaj ustası Tolgahan Karataşın proqramın çəkildiyi villaya münasibətdə olduğu kişiləri gətirdiyini iddia edib.
Tolgahan özü isə məsələyə münasibət bildirərək Ərsoydan haqqında işlətdiyi ifadələrinə görə şikayətçi olacağını bildirib.
Qeyd edək ki, Ərsoy bir müddət əvvəl layihənin rejissoru ilə də münaqişə yaşayıb.
Layihəyə Ərsoyla yanaşı Banu Alkan, Safiye Soyman və Seray Sever çəkilirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun