“Öz qohumlarımdan yarımayan adamam, qaldı ki...” - FOTO

“Öz qohumlarımdan yarımayan adamam, qaldı ki...” - FOTO

İnfluenser Aysel Şükür evlilik təklifi alması ilə bağlı yazılan şərhlərə münasibət bildirib.

Milli.Az olay-a istinadən bildirir ki, Aysel bununla bağlı hekayə bölməsində açıqlama yayıb:

  • Ayselə Şükürə Kappadokiyada evlilik təklifi - VİDEO 
  • "Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay"

"İndi nə söhbətlər gedir, təxmin edirəm. Sadəcə bir daha onu başa düşdüm ki, bizim bəzi insanlar xoşbəxt qadın görməyə dözə bilmir. Ancaq kiməsə acımaq, bədbəxtlik diləmək istəyirlər. Sizi də qınamıram. Mən heç öz bəzi qohumlarımdan yarımayan adamam. Qaldı ki, burada tanımadığım insanlardan... Hər şeyə rəğmən gözəl sözlər yazan gözəl ürəklər. Qəlbiniz kimi həyatınız olsun. İnsan özü xoşbəxt olmayanda hər kəsə bədbəxtlik arzulayır. Amma xoşbəxt olanda qəlbi də, dili də gözəl olur".

Qeyd edək ki, Ayselin eşq yaşadığı bəy ona evlilik təklifi edib, influenser isə "hə" deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun