Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)

Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)
Demet Akalın konserti yarımçıq dayandırdı – Tamaşaçıya elə sözlər dedi ki... - (Video)

Türkiyəli müğənni Demet Akalının Antalyada keçirilən konsertində gərgin anlar yaşanıb. Səhnədə mahnı ifa edən sənətçi üzünə lazer işığı tutan tamaşaçıya sərt reaksiya göstərərək çıxışını yarımçıq dayandırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə noyabrın 8-də Antalyada baş tutan konsert zamanı yaşanıb.

Müğənni çıxışı davam etdirərkən tamaşaçılardan birinin üzünə lazer işığı yönəltdiyini görüb. Buna əsəbiləşən Akalın mahnını dayandıraraq həmin şəxsə səslənib.

O, tamaşaçıya "Tərbiyəsizlik etmə! Bu qədər insanın haqqını tapdalaya bilməzsən" deyərək etirazını bildirib.

Demet Akalın baş verənlərin yalnız ona deyil, konsertə gələn digər insanlara da mane olduğunu vurğulayıb. Müğənni səhnədən konsertin təşkilatçılarına və mühafizə əməkdaşlarına müraciət edərək lazer tutan şəxsin ərazidən çıxarılmasını istəyib.

Hadisənin həmin şəxsin konsertdən uzaqlaşdırılması ilə nəticələnib-nəticələnmədiyi barədə isə məlumat verilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az