Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)

Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)

Demans diaqnozu səbəbindən aktyorluq fəaliyyətini dayandıran Hollivud ulduzu Brüs Uillisin qızı sosial şəbəkədə atası ilə bağlı təsirli paylaşım edib.

Milli.Az xəbər verir ki, o, aktyorla keçirdiyi xüsusi anları izləyiciləri ilə bölüşərək fotosuna duyğusal şərh əlavə edib:

"Bəzi anlar sözlərlə ifadə edilə bilməyəcək qədər dəyərlidir".

Qızının bu paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və çoxsaylı duyğusal rəylərlə qarşılanıb.

Qeyd edək ki, demans yaddaşın, düşünmə qabiliyyətinin və digər idrak funksiyalarının tədricən zəifləməsi ilə müşayiət olunan sindromdur. Brüs Uillis bu xəstəlik səbəbindən kino fəaliyyətindən uzaqlaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az