Bir vaxtlar Türkiyənin populyar seriallarından olan "Yaprak Dökümü"ndə Sedef obrazını canlandıran Seda Demir yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 43 yaşlı aktrisanın son görüntüləri sosial şəbəkələrdə maraq doğurub.
Onun illər əvvəl çəkilmiş fotoları ilə indiki görünüşü müqayisə edilərək müxtəlif platformalarda paylaşılıb. Aktrisanın zamanla dəyişən xarici görünüşü izləyicilərin diqqətindən yayınmayıb.
Serialda Şevketə qarşılıqsız sevgisi ilə yadda qalan Seda Demir daha sonra "İntikam" və "Beyaz Karanfil" layihələrində də yer alıb. O, 2017-ci ildə isə "Survivor" yarışmasının iştirakçısı olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az

















