Müğənni Roza Zərgərli həmkarı Elnarə Xəlilova ilə bağlı qalmaqallı açıqlamalar verib.
OLAY yazır ki, “Qonaqcanlı” proqramında Rozaya bir neçə həmkarının fotosu və atalar sözləri təqdim olunub. Bildirilib ki, ataları sözlərini şəkillərlə uyğunlaşdırmalıdır.
Rəzgərli “Qızıldan çarıq geyinsən, yenə adı çarıqdır” atalar sözünü Elnarəyə uyğun görüb və səbəbini açıqlayıb:
“Qızıldan çarıq geyinsən də, yenə adı çarıqdır. Başqa kimə deyim? İndi qalmaqal kimi səslənəcək. Elnarə burada olan qızlardan mənə daha yaxın olmalıdır. Amma “Xəzər”də Afaq Gəncəlinin maqazin verilişi etdiyi zamanda yaradıcılığımı, ifamı müzakirə edib, sənətimi təhsilimi bildiyi halda düzgün çıxış etməyib. Sonra mən ona cavab verdim. Cavabdan sonra anladım ki, siz dediyinizdir... Böyük sənətkar doğulmaq olar, amma eyni anda böyük insan olmaq nadir tapıntıdır. Mənim üçün insanın böyüklüyü yoxdursa, böyük sənət heç nədir.
Bu, mənim fikrimdir. Mən öz keçmişimi unutmuram. Zamanında Gülüstan Əliyeva əlimdən tutub. Məsələn, Mirzə Babayevin böyük, dahi səsi yox idi. Amma o qədər böyük ürəyi var idi ki, çox səsi olan insandan öndə idi. İnsanda aura, işıq parlaqlıq var. Ən önəmlisi ürəkdir, istəkdir. Sən sevgini, musiqini ötürürsənsə, bunu tamaşaçı görür. Son zamanlar sosial şəbəkələrdə bir qrup jurnalist tərəfindən 20 manata spam şərhlər yazdırırdılar. Məsələn, bir mahnısını tanımırıq və sairə. Yaxşı ki, canlı sənət nümayəndələri var. Azərbyacanın qızıl fondunun külliyyətini oxumuşam. Əgər bunu görmək istəmirsinizsə... Sənətdən anlayışı olan mənim sənətimi müzakirə edirsə, deməli mənim üçün o insanlar yoxdur”.