Alsunun milyarder ərindən boşanmasına uşaqlarından reaksiya - FOTO

Alsunun milyarder ərindən boşanmasına uşaqlarından reaksiya - FOTO

Rusiyalı müğənni Alsu və yəhudi milyarder əri Yan Abramovun boşanması ilə bağlı yaranan qalmaqal səngimək bilmir.

Milli.Az bizim.media-a istinadən xəbər verir ki, 40 yaşlı sənətçi uşaqlarının bu mövzunun içində olub-olmaması ilə bağlı "StarHit" nəşrinin jurnalistinə ünvanladığı suala cavab verib.

Alsu qeyd edib ki, uşaqları böyükdürlər və buna görə də ailələrindəki bu qalmaqal onlardan yan keçməyib:

"Onlar heç nə demirlər. Onlar sevən, gözəl uşaqlardır, mənim ruhum, ürəyimdir. Onları hər şeydən necə təcrid edə bilərəm? Bu mümkünsüzdür. Təbii ki, hər şey açıq-aydındır, hər şeyi görürlər. Amma onlar üçün mən sadəcə bir anayam, müxtəlif yerlərdə mənə diqqət əlamətləri göstərəndə bəzən təəccüb və xəcalətlə reaksiya verirlər. Onlar hələ də buna inana bilmirlər. Bu yaxınlarda gəlib mənə dedilər ki, "Ana, sən əfsanəsən".

Xatırladaq ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir ki, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla "O, yalan danışır" şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun