Məşhur model Adriana Lima "Harpers' Bazaar" jurnalının ərəb versiyasının dekabr sayında üz qabığında yer alıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model son zamanlar görünüşü ilə bağlı ona ünvanlanan tənqidlərə münasibər bildirib:
"Son vaxtlar təkcə 2000-ci illərin deyil, 1980-1990-cı illərin də çoxlu modellərini sənayedə görürəm və düşünürəm ki, bu, gözəldir. Bu, supermodellərin geri dönüşüdür.
Görünüşümlə bağlı tənqidlərə gəldikdə isə bu, məni heç narahat etmir. Çox güclüyəm. Düzünü desəm, çölə çıxmazdan əvvəl özümə baxdım və əla hiss etdim. Uşaqlarımın yanında idim və onlar mənə baxıb dedilər: "Ana, sən çox gözəl görünürsən!".
Adriana həmin gün çəkilən fotolara baxandan sonra təəccübləndiyini deyib:
"Onları görəndə şoka düşdüm. "O, mən deyiləm" deyə düşündüm. İş orasındadır ki, 16 yaşım yoxdur. 16 yaşımda modellik etməyə başladım, amma bir daha 16 yaşım olmayacaq. 42 yaşım var və indiyə qədər yaşadığımdan daha çox özümlə ən xoşbəxtəm. Yaşımı qəbul edirəm və heç kim üçün dəyişməyəcəyəm.
Olduqca normal həyat sürür və normal insanın etdiyi hər şeyi edirəm. Model olanda insanlar həmişə saçını, makiyajını və hansı dizaynda paltarlar geyinəcəyini düşünürlər. Amma bu belə deyil. Supermarketdə və ya uşaqları məktəbə aparanda insanlar məni görür, amma bunun həqiqətən mən olduğumdan əmin deyillər. Şübhələnirlər, bu isə məni güldürür. Sadə şeylər və mən bundan həzz alıram".
Lima qeyd edib ki, onun boş vaxtı yoxdur və yalnız təyyarədə film izləyərək istirahət edə bilir:
"Əvvəllər çox meditasiya edirdim, amma indi buna vaxtım yoxdur. Andre (modelin prodüser sevgilisi Andre Lemmers - red.) ilə şam yeməyinə getməyə çətinliklə vaxt tapıram. Ona görə də 5 dəqiqə vanna otağına gedib, özümü oraya bağlayaraq və dua edərək meditasiya edirəm. Yalnız onda uşaqlar qapını döyüb məndən heç nə istəmirlər".
Adriana gələn il yenidən modellik etməyə qayıdacağını açıqlayıb:
"Bu il həyatımda çox şey oldu, amma bunu mənim geri dönüşüm adlandırmazdım. Siz bunu görəcəksiniz. Hələlik deyə biləcəyim tək şey budur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun