Rusiyanın Xalq artisti Alla Puqaçova artıq bir həftədir ki, Yurmaladadır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, yerli bloqçular hər fürsətdə 75 yaşlı müğənninin görüntülərini əldə etməyə çalışırlar. Buna görə də Puqaçova küçəyə tək çıxmaqdan çəkinir.
O, hər yerə cangüdənlərlə gedir.
Eyni zamanda Puqaçovanın gəlişi bir çoxlarını bir həftə sonra orada keçiriləcək Layma Vaykule festivalının qala-konsertinə bilet almağa sövq edib. Bu qala-konsertdə Puqaçovanın köhnə dostu Andrey Makareviç və Vaykule özü çıxış edəcək. Alla Borisovna Yurmalaya gəlməzdən əvvəl bu tədbirə biletlər zəif satılırdı. Baltikyanı ölkələrdə olduğu bir həftə ərzində zalın 70%-i doldub. Çünki Puqaçovanın tədbirə gələcəyi xəbəri yayılıb.
Alla Puqaçovaya Riqadan olan bir iş adamının özəl tədbirində külli miqdarda - 200 min avro müqabilində mahnı oxumaq təklif olunub. Amma onun bu təklifi qəbul edib-etməyəcəyi bəlli deyil. çünki o, 350 min avrodan az pula mahnı oxumur.
Alla uşaqları ilə sahildə gəzir, Laymanın evinə qonaq gedir. Puqaçevanın əri, şoumen Maksim Qalkin hələ görüntülənməyib. Onun ora gələn həftə gələcəyi bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun