Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir

Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istədiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə Bakı Konqres Mərkəzində keçirilən konserti zamanı jurnalistlərə müsahibəsində bildirib. O, "Çocuklar Gülsün Diye" adlı uşaq bağçasını Azərbaycanda da açmağı arzuladığını etiraf edib:

"Bir gün "Uşaqlar gülsün deyə" uşaq bağçasını Azərbaycanda açaram, inşallah. Nə gözəl olar! Bunun üçün Türkiyə və Azərbaycan təhsil nazirlikləri birgə protokol imzalayıb mənə icazə verməlidirlər. Mən uşaqları o qədər sevirəm ki, onların gülməsi üçün dünyanın hər bir yerinə gedərəm".

Qeyd edək ki, Gülben Ergenin qurucusu və rəhbəri olduğu "Çocuklar Gülsün Diye" dərnəyi indiyədək Türkiyədə 60 uşaq bağçası açıb.

Milli.Az 

Mənbə: news.milli.az