Müğənni Səidə Sultan küsülü olduğu həmkarı Elnarə Xəlilovanın ünvanına sərt sözlər deyib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Maqazin plyus" verilişinə açıqlamasında Elnarənin onun haqqında dediyi "Səidə Sultanla münasibətim yoxdur. Mən onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu müddət ərzində mənimlə Səidə arasında münasibət dəyişməyib" sözlərinə belə cavab verib:
"Mənimlə mehriban olun. Lazım deyil, "qurtdan quşluq" etmək. Belə danışıqlar kimə lazımdır? Bir quru canımız var, onunla da o dünyaya gedəcəyik. Söz-söhbətdir, insan arasında olur. Ürəyin təmizdirsə, münasibətə davam et. Yox, əgər ürəyində kin saxlayırsansa, o kinin öz başına düşsün, bacım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun