Milyonçu ərindən boşanan Alsu qızı ilə yeni VİDEOsunu paylaşdı

Milyonçu ərindən boşanan Alsu qızı ilə yeni VİDEOsunu paylaşdı

Əri, yəhudi əsilli milyonçu iş adamı Yan Abramovdan boşanması ilə gündəmdən düşməyən rusiyalı müğənni Alsu qızı Mikella ilə uzun müddətdən sonra üzə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Sankt-Peterburqun ağ gecələri" musiqi festivalında iştirak edən sənətçi 16 yaşlı qızı Mikella ilə çaylar və kanallar boyu qayıqla gəzintiyə çıxıb.  

Müğənni həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.   

İzləyicilər "ana-bala"nın həyatlarındakı çətin dövrə baxmayaraq, əla göründüyünü qeyd ediblər. "Alsu əvvəlkindən də gözəldir", "Belə gözəli necə aldatmaq olar", "Unikal orijinal", "Gözəl qadın. İnsanları belə tərk etmirlər. Onlar özbaşına gedirlər", "Nə gözəldir Mikella", "Qız kukladır", "Gözəllik böyüdü. Gözəl ananın layiqli qızı" kimi şərhlər yazıblar.  

Xatırladaq ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir ki, sosial şəbəkələrdə geniş müzakirə olunur.
Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də Reşetova haqqında xəbərə "O, yalan danışır" şərhini yazaraq bu məlumatı dolayısı ilə təsdiqləyib.   
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun