Sosial şəbəkədə yayılan video diqqət mərkəzinə düşüb.
Milli.Az bildirir ki, tanınmış müğənni Təranə Musayevanın bloger və müğənni kimi fəalliyyət göstərən qızı Qumralın görüntüsü gündəm olub.
Belə ki, onun həyat yoldaşı üçün məşhur "Habibi" mahnısına dağların ətəyində oynaması izləyicilərin marağına səbəb olub.
Sözügedən paylaşıma yanaşma isə birmənalı olmayıb. Bəziləri cütlüyün səmimi halını tənqid atəşinə tutublar. Onlar "Deyəsən, hamısı eyni ağıldadır", "Bunu niyə çəkib göstərirsən?", "Həyat yoldaşından daha çox digərləri üçündür", "Çəkib paylaşıbsa, əri üçün yox, el üçün oynayır", "Bunlar ərlərinə nə yedirib, nə içirirlər?" kimi şərhlərlə münasibət bildiriblər.
Həmin görüntünü təqdim edirik:
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun