"O yaşda adamı bu qədər döyərlər?"

"O yaşda adamı bu qədər döyərlər?"

Sənət adamları Xalq artisti Ağadadaş Ağayevi müdafiə etməyə davam edir.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni Xatirə İslam da bununla bağlı paylaşım edib və aiddiyyəti orqanlara müraciət edib:

"İnanın, o videoya sona qədər baxa bilmədim. Özümü o qədər pis hiss etdim ki... Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələyə ədalətli şəkildə baxsınlar. Çünki Ağadadaş müllim Azərbaycanın gözəl sənətkarıdır. Bundan başqa, onu xəstəliyi də var. Çox istəyirəm ki, dünyda olduğu kimi, Azərbaycanda da sənətkarlarımıza, məşhurlarımıza, ulduzlarımıza bir az fərqli hörmət qoyulsun. O mühafizəçiyə bir sual vermək istəyirəm, sizin zatən gücünüz Ağadadaş müəllimə çatdı, onu yerə yıxdınız, bəs, o yaşda adamı bu qədər döyərlər? Onu yıxandan sonra döymək nəyə lazım idi? Ən azından onun xəstəliyini nəzərə ala bilərdiniz".

Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri - N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun