Türkiyədə məşhurlaşan model Günay Musayeva rus serialında rol alıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Yaxın xoşbəxtlik" adlı ekran işinin çəkilişləri İstanbulda və Rusiyada aparılıb.
Serialda Günayla yanaşı Alina Voskresenskaya, Mixayil Kremer, Anna Ardova, Vadim Andreyev, Ferhat Yılmaz, Özgühan Cemi və Batuhan Gülcemal da çəkilib.
Serial kasıb rus qızı Nina ilə şəhərin ən gözəl qadın geyimləri və aksesuarları mağazasının sahibi Ruslanın sevgisindən bəhs edir. Ssenari fransız yazıçısı Emil Zolanın "Bir xanımın xoşbəxtliyi" romanı əsasında hazırlanıb.
Serial 2025-ci ildə yayıma başlayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun