“İnanmağım gəlmir. Niyə? Yağışda, istidə qapıda dayanaraq ailəsinə çörəkpulu aparan birinin hansı addımı qarşı tərəfi bu qədər amansız edib?”.
OLAY yazır ki, bu sözləri instaqramda Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı yazıb. O, Xalq artisti Ağadadaş Ağayevlə bağlı məsələyə münasibət bildirib:
“Bu balta nəyə görə atılıb, kimə dəyib? Və balta atıldıqdan sonra mühafizəçi niyə mügənninin qarşısına çıxıb? Araşdırılmalı mövzu və suallar… Niyə bu hala gəldik, insanlar niyə bu qədər amansız olub? Nə yaşlı, nə qadın, nə uşaq, nə xəstə gözümüzə görünür… Hələ kənarda dayanan insanların soyuqluğu... Çox üzgünəm”.