"Ürəyimin gözəlliyi üzümə vurub. Allah böyük rəssamdır. Özü bilir nəyi hara qoymaq lazımdır. 80 yaşımda da bu sifətdə olacağam. İlhamə Quliyeva gözəlliklə getdi. Mən də elə olacağam".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Həmin Zaur" proqramında deyib. Qarmon ifaçısı plastik əməliyyat etdirmədiyini bildirib.
Ailəsindən danışan musiqiçi "Bir dəfə ailə qurdum bəsdir. İkinci olmadı. 3 övladım, 5 nəvəm var" sözlərini əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun