Aparıcı Elgiz Əkbər geyimlərindən danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda verilişində danışan Elgiz bütün qazancını paltara xərclədiyini söyləyib:
"5 ildir öz geyimimi geyinirəm. Qazandığımın hamısı geyimlərdədir. Tamaşaçıya hörmətdən irəli gəlir. Eyni geyimi necə geyinim? Şkaflar, evdə yer tutmur. Bu yay geyimlərimi dağıdacağam. Yerlər var, aparıb verəcəyəm. Onsuz onları geyinməyəcəyəm. Geyim gözəldir. İnsan yeni paltar alanda özünü rahat hiss edir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun