Handeni otelə buraxmadılar

Handeni otelə buraxmadılar

Bodrumda tətil edən məşhur aktrisa Hande Ataizi xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkbüküdəki məşhur otelin çimərliyinə getmək istəyən aktrisa məkanın qapısında gözləyib. Otel işçiləri məkanın dolu olduğunu əsas gətirərək onu içəri buraxmayıblar.

Hande Ataizi bu gözlənilməz vəziyyətin başına gəlməsinə təəccüblənib. O, nə üçün nəhəng çimərlikdə iki nəfər üçün yer tapa bilmədiklərini anlaya bilməyib. İşçilərin onun içəri girə bilməyəcəyini israr etməsindən sonra ona qarşı olan biabırçı davranışa cavab verməyən aktrisa məkanı tərk edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun