Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı

Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı

Gərgin konsert marafonu keçirən türkiyəli müğənni Yıldız Tilbe yenə maraqlı hərəkəti ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Çeşmədə verdiyi konsert zamanı istidən  dar, uzun paltarında rahat hərəkət edə bilməyən müğənni  köməkçisinə zəng edərək onu səhnəyə çağırıb və libasının ətəyini öncə yırtıb, sonra  kəsdirib. Onun bu hərəkəti gülüş və alıqşlarla qarşılanıb.

Səhnədəki səmimiyyəti ilə izləyicilərinin sevgisini qazanmış Yıldız bundan öncə səhnədə parikini çıxarması, ayaqyalın rəqs etməsi ilə də yadda qalmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun