Daim ölüm haqqında düşünürəm: Məşhur aktyordan şok etiraf

Daim ölüm haqqında düşünürəm: Məşhur aktyordan şok etiraf

O, Hollivudun ən təvazökar və mehriban məşhurlarından biri kimi tanınır. Metroda yaşlılara yer verir, filmlərinin kadrarxası heyətinə milyon dollarlıq hədiyyələr alır, set işçilərinə yüklərini daşımağa kömək edir. Pərəstişkarlarının toylarında sürpriz qonaq qismində iştirak edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, söhbət Hollivudun ən məşhur və sevilən simalarında biri Kianu Rivzdən gedir. Belə ki, məşhur aktyorun son açıqlaması böyük səs-küyə səbəb olub.

59 yaşlı Kianu Rivz peşəkar aktyor və musiqiçi olmaqla yanaşı, həm də yaxşı qələmi olduğunu sübut edib. O, ilk dəfə "Başqa yerin kitabı" adlı qrafik roman yazıb.

Britanyalı fantastika yazıçısı China Mieville ilə əməkdaşlıq sayəsində yazılan bu kitabda Rivz ölməz bir döyüşçünün hekayəsindən bəhs edir. Kitabın qəhrəmanı olan bu döyüşçü ölməz olsa da, ölməyi arzulayır.

Rivz yeni kitabının tanıtım kampaniyası çərçivəsində BBC-yə müsahibə verib. "Dogstar" qrupunun Mançesterdəki konsertindən sonra Londona gedən Rivz həmin müsahibə zamanı daim ölüm haqqında düşündüyünü açıqlayıb.

Müsahibə zamanı Rivz etiraf edibi ki, 59 yaşlı bir şəxs olaraq o, daim ölüm haqqında düşünür.

"Ümid edirəm ki, bu açıqlama insanları incitməz. Aldığımız nəfəsin və sahib olduğumuz dəyərlərin qiymətini anlamaq üçün bizə yol göstərər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun