Əməkdar artist Rəhman Rəhmanovun mərhum oğlu, müğənni Emil Rəhmanoğlunun xanımı Sabrina onun xəstəliyindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Retro Baku" layihəsində danışan ifaçı onun ayağında ciddi problem olduğunu deyib:
"Ayağında tromp var idi. Həkim demişdi ki, ayağı kəsilməlidir. Qışqırdı, bağırdı. Qoymurdu. Mən də dedim ki, səni bir ayağa görə atanam? Yola gətirmişdik, gedirdik xəstəxanaya. Amma həkim dedi ki, gecdir".
Qeyd edək ki, Emil ötən il dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun