Türkiyənin məşhur reperi Ceza Bakıda səhnə alıb.
OLAY-ın məlumatına görə, sənətçi “DreamFest” Beynəlxalq Musiqi Festivalı çərçivəsində azərbaycanlı dinləyiciləri ilə görüşüb.
Reper çıxışına “Suspus” treki ilə başlayıb və Sezen Aksu ilə oxuduğu “Gelsin hayat bildiği gibi” mahnısı ilə bitirib.
Ceza həyəcanlı olduğunu bildirərək azərbaycanlı dinləyiciləri ilə tez-tez bir araya gəlmək istədiyini deyib.