"Buradan hər kəsə səslənirəm..."

"Buradan hər kəsə səslənirəm..."

"İllər gəlib keçir, arzular təzələnir, nailiyyətlərə yeni rəng qatılır. Dəyişməyənsə sevgidir, daha doğrusu madiyyatın mənəviyyatı əzib küncə sıxışdırdığı dünyamızda sevginin olmamasıdır. Sevgi... O çətin söz. Hər şeyin başladığı nöqtə, həmişə qayıtdığımız nöqtə".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova yeni paylaşımında yazıb. Ad günü olan aktrisa təəssüratlarını bu sözlərlə bölüşüb:

"Sevgi, məncə, dünyada hər şeydən önəmlidir. O, sağ qalmağımıza kömək edir. Ən dərin yaraları sağaltmağa və ən sərt ürəkləri dəyişdirməyə qadirdir. Mən də bu yurdun vətəndaşıyam. Bu gün ömrümün 53- cü səhifəsini bitirib və buradan hər bir kəsə səslənirəm: Özümüzə və bütün varlıqlara sevgi, heyranlıq, ehtiram və hörmətlə baxmağı öyrənək. Gülüşünüzdən sevgi iyi, ümid, azadlıq qoxusu gəlsin".

Qeyd edək ki, G.Qurbanovanın 54 yaşı tamam olub. O, rejissor Elxan Cəfərovla ailəlidir.  

Milli.Az