“Azərbaycandan özümlə mürəbbə və şərab aparacağam” - FOTO

“Azərbaycandan özümlə mürəbbə və şərab aparacağam” - FOTO

Rusiyalı bloqer və teleaparıcı Regina Todorenko ilk dəfə Bakıya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış sima şəhərlə bağlı fikirlərini azərbaycanlı jurnalistlərlə bölüşüb.

"Azərbaycan və Bakıda heç vaxt olmamışdım. Bura 109-cu ölkəm oldu. İçərişəhərə getmişdim, çox bəyəndim. Hətta xüsusi ekskursiya götürdüm, mənə ən maraqlı bütün faktlar və nüansları danışdılar. Burada hər şey çox dadlıdır, gözəldir və insanlar çox mehribandır", - o deyib.

Teleaparıcı, həmçinin bildirib ki, Azərbaycanın paytaxtına uşaqları ilə gəlib: "Bizim səhər burada onların "Dənizə!" sözünün qışqırması ilə başlayır. Bakı onların çox xoşuna gəlir. İlk dəfə Azərbaycan plovunun dadına baxdıq, çox bəyəndik! Uşaqlar hamısını yedi. Belə bir plovu özüm hazırlaya bilməyəcəm, təəssüf ki. Bir də çox dadlı qarpız və mürəbbələriniz var! İçərişəhərdə çay evinə girdim, orada müxtəlif çayların böyük seçimi və 120 ən fərqli mürəbbə növü var. İlk dəfə zoğal, qoz və zeytun mürəbbələrinin dadına baxdım. Çox dadlıdır. Azərbaycandan özümlə çay, mürəbbə və şərab aparacağam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun