Boşandığı bakılı ərinin evini əlindən almaq istəyir

Boşandığı bakılı ərinin evini əlindən almaq istəyir

Keçmiş bakılı əri, iş adamı Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu Moskva şəhərində yerləşən "Triumf Palace"dakı mənzilin mülkiyyət hüququnu öz adına tanınması məqsədilə məhkəməyə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalına istinadən məlumat yayıb.

Mənbə yazır ki, daşınmaz əmlakın dəyəri 300 milyon rubl (3 milyon dollar) qiymətləndirilir.

Öz növbəsində mətbuata açıqlama verən Yan Abramovun vəkili Aleksandr Dobrovinski bildirib ki, Moskvada boşanma prosesi davam etdiyi bir vaxtda müğənni Alsu övladlarından biri ilə Parisdə keçirilən Olimpiadanı seyr etməyə yollanıb.

Məlumat üçün əlavə edək ki, Alsu ilə Yan Abramov 18 il nikahda olublar. Cütlüyün bu nikahdan Safina, Mikella və Rafael adlı övladları var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun