Tanınmış meyxanaçı bu görüntülərə görə LAĞA QOYULDU - VİDEO

Tanınmış meyxanaçı bu görüntülərə görə LAĞA QOYULDU - VİDEO

Meyxanaçı Rüfət Nasosnunun əfsanəvi müğənni Lui Amstrongun repertuarında sevilən məşhur "What a wonderful world" ("Nə gözəl dünyadır") mahnısını ifa etməsi müzakirəyə səbəb olub.

Milli.Az Bizim.media-ya istinadla xəbər verir ki, sözügedən mahnını "Elgizlə izlə" ictimai-sosial verilişinin efirində ifa etməsi meyxanaçıya baha başa gəlib. Belə ki, proqramın ekspertləri xüsusi ilə şair və jurnalist Anar Vəziroğlu Rüfətin ifasını bəyənməyib.Tənqid dolu çıxışları görən meyxanaçı özünə bu sözlərlə bəraət qazandırıb:

"Anar Vəziroğlu danışır da... Eybi yoxdur, yaşlı adamdır. Onu yola vermək lazımdır. Mən ingilis dilində heç nə bilmirəm. Bu mahnıda bir söz var "I love you" ("Mən səni sevirəm"). Bunu bilirəm. Bu mahnını peşəkar səsyazma studiyasında yazdırmamışam. Nəqarət hissəsində, yaxşı oxuduğum yeri səs rejissoruna dedim ki, əlavə edin mahnının digər hissəsinə. Bu, istədiyimiz kimi alınmadı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun