Tanınmış teleparıcı Afaq Gəncəlinin yeni iş yeri barədə suallar yaranıb
Milli.Az azxeber-ə istinadla bildirir ki, son olaraq "Xəzər" telekanalında efirə çıxan Afaq Gəncəli kanalla yollarını ayırıb.
Onun yeni mövsümdən ARB telekanalında veriliş aparacağı iddia edilib.
Gəncəlinin kanala təqdim etdiyi layihənin rəhbərlik tərəfindən bəyənildiyi və aparıcının bir aydır ki, ARB kanalında işə gəlib-getdiyi yayılan xəbərlər arasındadır.
Onun hansı formatda veriliş aparacağı haqda isə məlumat yoxdur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Afaq Gəncəli xəbəri təkzib edib. O hələ də Xəzər TV-də çalışdığını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun