62 yaşında ata olmaq istəyir

62 yaşında ata olmaq istəyir

Hollivud aktyoru Tom Kruz dördüncü dəfə ata olmaq istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "In Touch Weekly" nəşri yazı dərc edib.

Anonim mənbənin sözlərinə görə, 62 yaşlı sənətçi ailə quracağı və onun üçün daha bir uşaq dünyaya gətirəcək qadını axtarır.

Eyni zamanda nəşrin həmsöhbəti Kruzun aktrisa Nikol Kidmanla evliliyində övladlığa götürdüyü qızı İzabella və oğlu Konoru görmək üçün Böyük Britaniyada seçdiyi qadın ilə yaşamağı planlaşdırdığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun