Dünya şöhrətli aktyor Silvester Stallone həyat yoldaşı Cennifer Flavinlə birlikdə Nyu-Yorkda paparassilərin obyektivinə tuş gəlib.
Milli.Az xəbər verir ki, cütlüyün şəhər küçələrindəki gəzintisi diqqətdən yayınmayıb. 80 yaşlı aktyorun 58 yaşlı xanımı ilə mehriban davranışı sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Onların səmimi görüntüləri qısa zamanda müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















