Böyük Britaniya şahzadəsi Harri Ukraynaya dəstək məqsədilə yenidən hərbi xidmətə qayıtmağa hazır olduğunu bəyan edib.
OLAY yazır ki, 42 yaşlı şahzadə bildirib ki, zərurət yaranarsa və ondan yenidən orduya qoşulmaq tələb olunarsa, ölkəsinə xidmət etməyə hazırdır.
Harrinin sözlərinə görə, Rusiyadan qaynaqlanan təhlükə getdikcə artır və Avropa ölkələri Ukrayna ilə birləşməlidir. O, Avropa ilə Rusiya arasında müharibənin artıq davam etdiyini də vurğulayıb.
“Sadəcə üzərimizə dronlar, güllələr və raketlər yağmadığı üçün müharibə vəziyyətində olmadığımızı düşünmək düzgün deyil. Mənə elə gəlir ki, son on ildə müharibə şəraitindəyik”, deyə şahzadə bildirib.

Mənbə:
olay.az

















