Vilma Elles və əri qəzaya düşdü - FOTO

Vilma Elles və əri qəzaya düşdü - FOTO

Aktrisa Vilma Elles və həyat yoldaşı Mehmet Şah Çelik motosiklet qəzası keçirib. Aktrisa qolundan və ayağından yaralanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, illər əvvəl yayımlanan "Öyle Bir Geçer Zamanki" serialında Karolin obrazı ilə tanınan Vilma Elles həyat yoldaşı Mehmet Şah Çeliklə motosiklet qəzası keçirib.

2022-ci ildə ailə quran cütlük motosiklet sürərkən qəfil yerə yıxılıblar. Ayağından və qolundan xəsarət alan aktrisa xəstəxana qarşısında həyat yoldaşı ilə şəkil paylaşıb.

Qeyd edək ki, 2015-ci ildə Kerem Göğüşlə evliliyindən Milat və Melodi adlı əkiz övladlarını dünyaya gətirən Vilma Elles 2022-ci ildə ailə qurduğu Mehmet Şah Çelikdən üçüncü övladını dünyaya gətirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun