Bakıda gerçəkləşən beynəlxalq musiqi festivalının iştirakçıları arasında Xalq artisti Tünzalə Ağayeva da yer alıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni qırmızı xalçaya tək çıxmayıb.
Sualları cavablandırıb Tünzalə "Festival yolunda tək deyiləm. İstəyirdim ki, cəmiyyət təkcə ulduzlarımızı deyil, həyatımızın əsas ulduzlarını da görsün, ona görə də Nicat Mehdi ("21-ci möcüzə" filmində oynayan aktyor - red.) ilə qırmızı xalça boyunca gəzməyə qərar verdim. Onlar çox istedadlıdırlar və nə qədər ki, mən səhnədəyəm, həmişə onların yanında olacağam. Qoy, bu mənim cəmiyyətə mesajım olsun. Necə doğulmağımızdan asılı olmayaraq, bütün insanlar eynidir və hamımız uğur qazanırıq. Uca Allah hamının yolunu açıq etsin" sözlərini söyləyib.
Ağayeva qırmızı xalça üçün mavi cins geyim seçib. O, daha sonra səhnəyə çıxaraq mahnılarını səsləndirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun