Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)

Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)

Aktrisa Nigar Tofiqin səhnədəki çıxışı sosial şəbəkələrdə geniş maraq doğurub.

Milli.Az xəbər verir ki, yaşıl libasda səhnəyə çıxan sənətçinin rəqs edərkən nümayiş etdirdiyi qeyri-adi hərəkətlər izləyicilərin diqqətindən yayınmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun davranışlarını Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin səhnə tərzi ilə müqayisə ediblər.

Müzakirələrə səbəb olan məqam təkcə Nigar Tofiqin performansı ilə məhdudlaşmayıb. Onun geyimi də izləyicilərin diqqətini çəkib. Bəzi şəxslər aktrisanın şalvarın üzərindən libas geyindiyini iddia ediblər.

Qeyd edək ki, Nigar Tofiq Xalq artisti, aktrisa Fatma Mahmudovanın qızıdır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az