Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovdan danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Həftənin qonağı" yutub layihəsində aparıcı Ülvira Qarayevanın "Cavanşir Məmmədov niyə çıxıb dedi ki, sevgili olmuşuq" sözlərinə belə cavab verib:
- Cavanşir Məmmədovun heç yerdə olmayan GÖRÜNTÜLƏRİ
- Əməkdar artist: "Kirayədə yaşayıram, qızıllarımı satıb dolanıram" - VİDEO
"Haqq dünyasındadır. Mənə qardaş olub. Uşağıma sevgi etirafı etmişdim, nələr yapışdırdılar mənə. Cavanşir Məmmədov ailəsinə bağlı idi. Elə bir şey olsaydı 30 il dostluğumuz davam edərdi? Mən evsiz olardım? Aramızda elə şey olsaydı heç olmasa birotaqlı ev alardı mənə. Nəsə dilinə gəlib, başqa mənada deyib. İnsanlara bu lazımdır, səs-küy yaransın. Canlı şahid mənəm, sevgili olmamışıq".
Qeyd edək ki, C.Məmmədov illər əvvəl açıqlamasında "Firuzə İbadovaya qardaş olmuşam. Sevgili də olmuşuq" sözlərini deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun