“Killer tutdum ki, məni öldürsün”

“Killer tutdum ki, məni öldürsün”

49 yaşlı Hollivud ulduzu Ancelina Coli etirafı ilə diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi IMDb-yə müsahibəsində 22 yaşı olarkən killerə müraciət etdiyini deyib: "Bu ağlasığmaz səslənəcək, amma vaxt olub ki, məni öldürməsi üçün kimisə tapmaq istəyirdim".

Buna səbəb onun ağır depressiya ilə mübarizə aparması olub.

Xatırladaq ki, 2003-cü ildə Coli "The Face" nəşrinə müsahibəsində bu təcrübəsi haqda danışmışdı. Onun sözlərinə görə, Nyu-Yorkda killer tapmaq o qədər də çətin olmayıb. Lakin killer gözlənilmədən ona başqa ideya verib. "O, yetərincə ləyaqətli insan idi və soruşdu ki, bununla bağlı iki ay gözləyib sonra əlaqə saxlaya bilərəmmi". Bu fasilə Colinin fikrinin dəyişməsinə imkan verib və nəticədə o, mübarizə aparmaq qərarına gəlib. Coli "Time" jurnalına müsahibəsində isə deyib ki, ana olmağı ona stabil həyata qayıtmağa kömək edib.

Qeyd edək ki, Ancelinanın keçmiş həyat yoldaşı Bred Pittdən 3 övladı var. Daha 3 uşağı isə övladlığa götürüblər. Cütlük 2012-ci ildə nişanlanıb və 2014-cü ildə ailə həyatı qurub. Lakin onların nikahı 2016-cı ildə pozulub. Boşanma prosesi, o cümlədən uşaqlar üzərində qəyyumluqla bağlı hüquqi mübarizə bugünkü gün də davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun