Aktrisa Ülviyyə Xəlilbəyovanın anası RəsmiyyƏ Xəlilbəyli efirdə kövrəlib.
OLAY yazır ki, qızından danışan R. Xəlilbəyli göz yaşlarını saxlaya bilməyib. Belə ki, o, “O üz” verilişinin finalında qızının həyatından, ailə qurmasından söz açıb:
“Ülviyyə yaxşı övladdır. Sakit, yerini bilən, heç kimlə işi olmayan biridir. Yaxşı uşaqlıq keçirib. Həmişə əlində mikrofon oxuyurdu. Onun bir dərtləşdiyi mənəm. Ülviyyənin aktrisa olmasını arzulamamışıq. Bu sahəyə gəlməsinə məndən başqa hamı narazı olub. Yoldaşım etiraz edirdi. Çox əzab-əziyyətimiz olub. Zülmlə işə gedib-gəlirdi. O qədər söz-söhbətlər danışırdılar ki... İnsan haqqında olmayanları danışırlar. Ülviyyə bizim başımızı aşağı salan nəsə etməyib. Yuxusuz gecələrim olub. Ülviyyədən çox mən əziyyət çəkmişəm ki, Ülviyyə haqqında niyə bunu danışırlar? Ona çox böyük haqsızlıqlar olub. O, ailə quranda çox əziyyət çəkdim. Ona səbr diləmişəm. Hər gün yaxşı olmaq diləyi ilə oyanırdım. Deyirdim, bu gün keçər, sabah yaxşı olar. Nə qədər canımızda can var atası da, mən də, bacısı da, qardaşı da ona dayağıq”.