Xanəndə Nişanə Baxışova ilk solo konsertini verməyə hazırlaşır.
OLAY yazır ki, 7 dekabrda Opera Studiyasında gerçəkləşəcək gecədə sənətçi klassik muğamlar, segahlar, xalq və bəstəkar mahnıları ifa edəcək.
Bundan başqa, tədbirdə Nişanəylə birgə Xalq artistləri Nəzakət Teymurova, Simarə İmanova, Zabit Nəbizadə və Əməkdar artist Elnarə Abdullayevanın da səhnəyə çıxması planlaşdırılır.
Qeyd edək ki, N. Baxışova Nəzakət Teymurovanın tələbəsidir. O, 2011-ci ildə II Muğam müsabiqəsində III yerə layiq görülüb.

Mənbə:
olay.az
















