Qızı Bred Pittin soyadından imtina edə bilmədi

Qızı Bred Pittin soyadından imtina edə bilmədi

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin qızı Şilo atasının soyadından imtina edə bilməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb məhkəmənin kargüzarlıq xətası səbəbindən təxirə salınması olub. Növbəti iclas avqustun 19-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Pitt və Colinin qızları Zahara və Vivyen də atasının soyadından imtina edib.

Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun