Müğənni Castin Biberin 29 yaşlı həyat yoldaşı Heyli Biber sosial şəbəkələrdə illərdir üzləşdiyi təhqir və təzyiqlərin onun psixoloji vəziyyətinə ciddi təsir etdiyini açıqlayıb.
OLAY yazır ki, “DealBook Summit” konfransında çıxış edən Heyli Castinin keçmiş sevgilisi Selena Qomezin pərəstişkarlarından aldığı nifrət dolu mesajlar səbəbindən intihar düşüncələrinin yarandığını etiraf edib.
Model bildirib ki, Castinlə münasibətə başladığı dövrdə hər gün ona intihar etməsini arzulayan şərhlər yazılırdı. Bundan əlavə, küçədə tanımadığı insanlar onu təhqir edir, hətta “Starbucks” kafelərində müştərilərə Castinin kiminlə birlikdə olmalı olduğuna dair səsvermə təklif edilirdi.
Heyli həmin səsvermələrdə özünün və “digər qızın” adının çəkildiyini bildirib. Lakin açıqlaması zamanı Selena Qomezin adını birbaşa səsləndirməyib.



















