Aparıcı Elnarə Təhməzova oğlu Mikayılı ad günü münasibəti ilə təbrik edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı hazırda Paris-2024 Yay Olimpiya Oyunları səbəbindən Fransada olduğunu vurğulayıb. O, oğlunu Eyfel qülləsinin qarşısında çəkdiyi video ilə təbrik edib.
"Mikayıl, ana qurban, bu gün, 31 iyul 2024-cü ildir. Bu gün sənin 5 yaşın tamam olur. Sevinirəm ki, bu 5 il ərzində məni bəzi məkanlarda Mikayılın anası kimi təqdim edirlər. Bu, çox gözəl hissdir. Səni sevirəm. Nə yaxşı ki, varsan, sənin ananam və nə yaxşı ki, sən mənim oğlumsan. Səni çox sevirəm. İndi yanında deyiləm, çünki olimpiyadadır. Parisdə keçirilir. Səni Eyfel qülləsindən təbrik edirəm. İnşallah səninlə, uğurlarınla bütün dünyanı bərabər səyəhət edərik" deyə, Elnarə söyləyib.
Qeyd edək ki, E.Təhməzova 2015-ci ildə ailə qurub və uzun müddət xaricdə yaşayıb. O, bir neçə il əvvəl Azərbaycana qayıdıb və hazırda Real TV-də çalışır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun